UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Payde” və Litvanın “Hegelmann” komandaları üz-üzə gəlib. Bu qarşılaşma həm də Azərbaycan təmsilçisi “Zirə”nin 2-ci raunddakı rəqibinə aydınlıq gətirib.
Pärnu şəhərində 1140 azarkeşin izlədiyi matç ev sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “Payde”, doğma meydanda əla oyun nümayiş etdirərək Litva klubunu 3:0 hesabı ilə darmadağın edib.
İki oyunun nəticəsinə əsasən ümumi 4:1 hesablı qələbə qazanan Estoniya klubu adını növbəti mərhələyə yazdırıb. Beləliklə, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi “Payde” komandası olacaq.