Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40
Digər növlər

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turniri davam edir. Yarışın ikinci günündə xalçaya çıxan Azərbaycanın beş təmsilçisindən ikisi adını finala yazdıraraq qızıl medal qazanmaq şansını qoruyub.

79 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Cəbrayıl Hacıyev ardıcıl olaraq Şamsat Tair (Qazaxıstan, 2:0) və Luka Çxitunidzeni (Gürcüstan, 5:3) üstələyərək həlledici mərhələyə yüksəlib. Onun çempionluq yolundakı rəqibi monqolustanlı Olonbayar Suldxu olacaq. 92 kq-da çıxış edən Əli Tsokayev isə Dastin Qlenn Plott (ABŞ, 3:1), Məhəmməd Şərifov (Bəhreyn, 2:0) və Fatih Altunbaşa (Türkiyə, 11:0) şans tanımayaraq finala vəsiqə qazanıb. Tsokayev qızıl medal üçün ukraynalı Məhəmməd Əliyevlə qarşılaşacaq.

Digər güləşçilərimiz üçün isə bu yarış günü uğursuzluqla yadda qalıb. 97 kq-da çıxış edən Osman Nurməhəmmədov start görüşündə polyak Zbiqnev Baranovskiyə xalların keyfiyyətinə görə (3:3) məğlub olub. Ağır çəkili (125 kq) Giorgi Meşvildişvili Robert Baran (Polşa, 3:1) və Demetrius Tomas üzərində (ABŞ, 6:2) inamlı qələbələr qazansa da, 1/4 finalda çinli Buxirdun Buxirdunla qarşılaşmaya çıxmayıb. Yeganə qadın güləşçimiz Gültəkin Şirinova (55 kq) isə elə ilk mərhələdə ukraynalı Nataliya Klivçutskayaya uduzub (1:5).

Hələlik aktivində medalı olmayan Azərbaycan yığmasının Macarıstandakı reytinq sınaqları iyulun 19-da başa çatacaq.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45

“Arsenal”a ağır zərbə: Vilyam Saliba 5 aylıq sıradan çıxdı!

16.07.26 | 16:46

Argentina finalda, lakin sanksiya təhlükəsi var: İngiltərə matçında Folklend qamaqalı!

16.07.26 | 16:20

Bakıdakı dünya çempionatında rekord: 1100-dən çox qonaq gəlir

16.07.26 | 15:44

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıqlar davam edir

16.07.26 | 14:05

“Sabah”ın ÇL-dəki oyunlarının saatı və məkanı bəlli olub

16.07.26 | 14:25

“İmişli”də ayrılıq: Qanalı legionerlə müqaviləyə xitam verildi

16.07.26 | 14:07

“Şamaxı” Gürcüstan çempionunu heyətinə qatdı

16.07.26 | 14:17

İngiltərə Futbol Assosiasiyası Tuxellə bağlı yekun qərarını verdi

16.07.26 | 14:42

Reykyavik sınağı: Süni qazon və soyuq hava amili

16.07.26 | 13:13

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11