Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45

Dünya çempionatının yarımfinalının İngiltərə – Argentina matçı (1:2) təkcə hesabı ilə deyil, yaşıl meydanda və tribunada yaşanan görünməmiş gərginliklə turnirin ən dramatik qarşılaşmasına çevrilib. İki ölkə arasındakı tarixi rəqabət səbəbindən emosiyalar hələ oyun başlamazdan əvvəl pik həddə çatıb.

İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin şəkli stadionun böyük ekranında görünəndə Argentina azarkeşləri arenanı fit səsinə qərq ediblər (Bekhem 1998-ci il mundialında məhz Argentinaya qarşı oyunda qırmızı vərəqə almışdı). Himnlər səslənərkən isə hər iki tərəfin fanatları rəqib ölkənin dövlət himnini fit və kütləvi qışqırıqlarla batırmağa çalışıblar.

Matçın startından cəmi iki dəqiqə sonra meydanda əsl döyüş başlayıb. Enso Fernandesin ingilis futbolçu Elliot Andersonu sərt şəkildə yerə yıxması və boğaz nahiyəsinə zərbə endirməsi komandalar arasında kütləvi davaya səbəb olub. Bu qarşıdurmada Cud Bellinqem rəqiblərin üzərinə ən aqressiv şəkildə gedən oyunçu kimi diqqət çəkib. Baş hakim İsmayıl Elfatın bu epizodda Fernandesə vərəqə göstərməməsi gərginliyi daha da artırıb və təkcə ilk yarıda 19 qayda pozuntusu qeydə alınıb.

Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın son fiti meydandakı ehtirasları tamamilə alovlandırıb. Rəqib futbolçuların onun gözü qarşısında qələbə coşğusu yaşamasına dözə bilməyən Cud Bellinqem irəli atılaraq Valentin Barkonun peysərinə şapalaq endirib. Bununla da sakitləşməyən ingilis ulduz rəqibin ünvanına sərt ifadələr yağdırıb. Yarana biləcək daha böyük bir qarşıdurmanın qarşısını isə digər futbolçuların çevik müdaxiləsi alıb Qeyd edək ki, İngiltərəni turnirdən kənarlaşdıran Argentina finalda İspaniya ilə qarşılaşacaq.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45

“Arsenal”a ağır zərbə: Vilyam Saliba 5 aylıq sıradan çıxdı!

16.07.26 | 16:46

Argentina finalda, lakin sanksiya təhlükəsi var: İngiltərə matçında Folklend qamaqalı!

16.07.26 | 16:20

Bakıdakı dünya çempionatında rekord: 1100-dən çox qonaq gəlir

16.07.26 | 15:44

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıqlar davam edir

16.07.26 | 14:05

“Sabah”ın ÇL-dəki oyunlarının saatı və məkanı bəlli olub

16.07.26 | 14:25

“İmişli”də ayrılıq: Qanalı legionerlə müqaviləyə xitam verildi

16.07.26 | 14:07

“Şamaxı” Gürcüstan çempionunu heyətinə qatdı

16.07.26 | 14:17

İngiltərə Futbol Assosiasiyası Tuxellə bağlı yekun qərarını verdi

16.07.26 | 14:42

Reykyavik sınağı: Süni qazon və soyuq hava amili

16.07.26 | 13:13

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11