Messidən mundiallar tarixində bir ilk

04.07.26 | 20:36
Dünya futbolu

Canlı əfsanə Lionel Messi növbəti dəfə dünya çempionatlarının tarixinə adını qızıl hərflərlə yazdırır. 39 yaşlı superulduzun çempionatdakı inanılmaz çıxışını təsvir etməyə artıq söz tapılmır. Argentina millisinin mutlaq lideri cari turnirdə meydanı qolsuz tərk etmir; onun aktivində artıq 7 qol var və o, bombardirlər yarışına təkbaşına başçılıq edir.

“Albiseleste”nin kapitanı pley-offun əvvəlki mərhələsində – Avstraliya ilə görüşdə dünya çempionatlarındakı 17-ci qolunu vuraraq mundiallar tarixinin ən sərrast futbolçusu ünvanını ələ keçirmişdi. Ən təqdirəlayiq məqam isə odur ki, dahi onluq bu rekordu hər matçda daha da təkmilləşdirməkdə davam edir.

Messinin növbəti qurbanı Kabo-Verde millisi oldu. Komandasının 3:2 hesablı çətin qələbə qazandığı dramatik qarşılaşmada da fərqlənən ulduz hücumçu unikal bir seriyaya imza atıb. Statistikalar dərhal yenilənib: bu, Messinin dünya çempionatlarında ardıcıl çıxdığı 8-ci matçda qol vurur! O, bu fantastik seriyanın əsasını Qətərdəki tarixi çempionatda — pley-offun bütün mərhələlərində qol vurmaqla qoymuşdu.

Futbolun ali qurumu da bu tarixi hadisəyə səssiz qala bilməyib. FİFA-nın rəsmi “X” (keçmiş “Twitter”) hesabında paylaşılan bəyanatda bu rekord belə ifadə olunub: “Dünya çempionatları tarixində ardıcıl 8 matçda qol vurmağı bacaran yeganə futbolçu… Lionel Messi!”

Paylaş:

Xəbər Lenti

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05