“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Kurasao millisinin oyunçusu Ksander Severinanı rənglərinə bağlayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 25 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. “Bayquşlar” bu transferi İsrailin “Makkabi” (Hayfa) klubundan reallaşdırıb.
Severina peşəkar karyerasında Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kasa Pia” (2025-2026) və İsraildə “Makkabi” (Hayfa, 2024-2026) klublarının şərəfini qoruyub. O, həmçinin Kurasao milli komandasının heyətində 5 matçda meydana çıxıb.