Millimizin UEFA Millətlər Liqasındakı ev oyunlarını keçirəcəyi stadionlar müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, D Liqasında mübarizə aparacaq yığmamız rəqiblərini həm paytaxtda, həm də bölgədə qəbul edəcək. Maraqlıdır ki, Litva ilə görüşü millimiz Gəncədə keçirəcək.
Oyunların təqvimi və keçiriləcəyi məkanlar:
Azərbaycan – Lixtenşteyn
Tarix: 1 oktyabr
Saat: 20:00
Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu (Bakı)
Azərbaycan – Litva
Tarix: 4 oktyabr
Saat: 17:00
Stadion: Gəncə şəhər stadionu
Yığmamızın Gəncədə keçirəcəyi qarşılaşma bölgədəki futbolsevərlər üçün böyük maraq kəsb edir.