Braziliya son dəqiqə qolu ilə Yaponiyanı keçdi

29.06.26 | 22:00
Dünya futbolu

Braziliya bu cütün favoriti olsa da, Yaponiyanın asan rəqib olmayacağını əksətiyyət proqnoz verirdi. Fiziki və taktiki hazırlıq sayəsində qrup mərhələsində yaxşı təsir bağışlayan yaponların pentakampeonlata çətin anlar yaşadacağı gözlənilirdi. Məhz belə də oldu. Braziliya millisi çox ağır oyumda çətin qələbə qazandı. Mütəşəkkil müdafiə olunan “Gündoğar ölkə”nin futbolçuları rəqibin müdafiədə ilk səhfindən yararlanaraq hesabı açdı. Karlo Ançelottinin komandası rəqibi təzyiq altında saxlayaraq o qədər də uğurlu oyun keçirməyən Kazemiro ilə bərabərliyə nail oldu. Bundan sonra yaponlar rəqibi nisbətən mərkəzə doğru çəkilməyə məcbur etdi. Amma uzatma dəqiqələrində əvəzetmədən oyuna girən Martinelli qələbə topunu vurdu. Bununla da Braziliya ilk 16 komanda sırasına addımladı. “Selesao” öz oyunu ilə yaxşı təsir bağışlamasa da, nəticə qazanmaq bacarığında olduğunu göstərdi.

Dünya Kuboku, 1/16 final

Braziliya – Yaponiya 2:1

Hyuston. NRG stadionu. 68777 tamaşaçı.

Hakim: Maurisio Mariani (İtaliya)

Braziliya: Alisson, Danilo, Qabriel, Markinyos, Duqlas Santos, Bruno Qimarayns (Danilo Santos, 90+7), Kazemiro (Fabinyo, 90+2), Luis Paketa (Endrik, 46), Rayan, Kunya (Martinelli, 65), Vinisius.

Yaponiya: Dzion Suzuki, Tomiyasu, Taniquti, X. İto, Doan (Suqavara, 66), Sano, Kamada (Tanaka, 78), Nakamura (Dzyunyusuke Suzuki, 78), Dz. İto (Matino, 78), Maeda (Oqava, 90+7).

Qollar: Sano, 29 (0:1). Kazemiro, 56 (1:1). Martinelli, 90+5 (2:1).

Sarı vərəqələr: Sano, 12. Kazemiro, 14. Kamada, 45. Danilo, 48. Dzyun. Suzuki, 84.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46