Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Uqo Broos pley-off mərhələsinin ilk oyunundan öncə fərqlənməyi bacarıb. Belə ki, 74 yaşlı belçikalı mütəxəssis Dünya Çempionatının pley-off mərhələsində komandaya rəhbərlik edən ən yaşlı baş məşqçi kimi tarixə düşüb.
CAR yığması öz tarixində ilk dəfə Dünya Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. “Bafana-Bafana” hətta ev sahibliyi etdiyi DÇ-2010-da belə bu uğura imza ata bilməmişdi.
“Tarixi rekordçu”nun yetirmələri bu axşam 1/16 final mərhələsində turnirin ev sahiblərindən biri olan Kanada millisi ilə qarşılaşıb.