“Araz-Naxçıvan”da növbəti ayrılıq rəsmiləşib. Naxçıvan təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, klub komandanın kapitanı Urfan Abbasovla yeni müqavilə imzalamamaq qərarına gəlib.
Xatırladaq ki, “qırmızı-ağlar”da genişmiqyaslı təmizlik işləri davam edir. Belə ki, Urfana qədər daha 10 futbolçu – Ramon, Hamidou Keyta, Bar Koen, Nunu Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənəlizadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala da klubdan ayrılıb.