Şakira mundialda: Messiyə təbrik və Fransa sevinci

23.06.26 | 16:01
Dünya futbolu

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda Argentina millisi Avstriyanı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada dubla imza atan 38 yaşlı Leo Messi, mundiallar tarixində vurduğu qolların sayını 18-ə çatdıraraq yeni rekorda imza atıb.

Bu tarixi matçı tribunadan izləyənlər arasında dünyaşöhrətli müğənni Şakira və oğulları Saşa ilə Milan da olub. Şakira matçdan sonra sosial şəbəkə hesabında Messiyə xüsusi post həsr edib: “Səninlə və ailən, ölkən, bütöv Latın Amerikası xalqı üçün qazandığın bu tarixi uğurlarla qürur duyuram, Leo! Sənin əzmkarlığın və fədakarlığın milyonlara ilham verir. Parlamağa davam et!”

Xatırladaq ki, Şakira bu ilki dünya çempionatının rəsmi himni olan “Dai dai” mahnısının müəllifidir və o, turnirin açılış mərasimində də çıxış edib. Kolumbiyalı ulduz təkcə Argentinanın qələbəsini deyil, eyni zamanda Fransa millisinin uğurunu da qeyd edib. Didye Deşamın yetirmələri İraqı 3:0 hesabı ilə darmadağın edərək vaxtından əvvəl 1/16 finala vəsiqəni təmin ediblər. Fransa yığmasının rəsmi instaqram postunu paylaşan sənətçi, yazıya “Möhtəşəmsən, Fransa!” şərhini əlavə edib.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24