Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” ilə Gürcüstanın “Torpedo” (Kutaisi) komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.
Komandalar arasında ilk görüş iyulun 8-də Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.
Cavab qarşılaşması isə iyulun 16-da Kutaisinin Ramaz Şengeliya adına stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçla cütün qalibi müəyyənləşəcək.