Çinin Quyyan şəhərində keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin döyüşləri start götürüb. Ölkəmizin turnirdə mübarizəni davam etdirən 3 boksçusundan biri artıq rinqə çıxıb. Alfonso Dominqes (90 kq) yarımfinal görüşündə məğlub olaraq Dünya kubokunu bürünc medalla başa vurub. Millimizin digər üzvləri – Seyidcəmşid Cəfərov (75 kq) və Murad Allahverdiyev (80 kq) isə finala vəsiqə qazanmaq üçün növbəti döyüşlərinə cıxacaqlar.
Qeyd edək ki, Azərbaycan komandası Dünya Kubokunda ümumilikdə 8 boksçu ilə təmsil olunurdu.