Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin
püşkü atılıb. Püşkatmada səpələnmişlər səbətində yer alan “Qarabağ”ın
da rəqibi bəlli olub. Ağdam təmsilçisi bu mərhələdə İslandiyanın
“Vestri” klubu ilə üz-üzə gələcək. “Köhlən atlar” ilk
matçını doğma meydanda keçirəcək. Bu mərhələnin oyunları iyulun 9-u və 16-da
baş tutacaq.