Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04
Dünya futbolu

Dünya çempionatında oyun idarə etməyə hazırlaşan somalili hakim Ömər Artan ABŞ-a buraxılmasa da, ali futbol qurumları ona sahib çıxıb. BBC-nin məlumatına görə, turnirdən uzaqlaşdırılan 34 yaşlı referi çempionatdakı iştirakına görə FİFA-dan tam maaşını alacaq.

Dördilliyin ən mötəbər turnirinin startına az qalmış ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti somalili hakimi ölkəyə buraxmayıb. Rəsmi Vaşinqton buna səbəb kimi Artanın “terror təşkilatları ilə əlaqəsi olan şübhəli şəxslərlə” bağlarının tapılmasını göstərib.

“New York Times” qəzetinə müsahibəsində referi hava limanında 11 saat dindirildiyini, polislərin ondan Somalidəki siyasi vəziyyət və “Əş-Şəbab” qruplaşması barədə soruşduqlarını bildirib. Saxlanılaraq İstanbula, oradan isə Mogadişuya göndərilən Artan böyük məyusluq yaşadığını gizlətməyib: “Mən sadəcə xəyalını gerçəkləşdirmək istəyən bir hakiməm. Bütün sənədlərim və vizam qaydasında idi, adım FİFA-nın rəsmi siyahısında yer alırdı”.

Vətənində qəhrəman kimi qarşılanan Ömər Artana FİFA tam maaşını ödəmək qərarına gəlib (məbləğ açıqlanmır). Bununla belə, ədalət təmsilçisinə ən böyük mənəvi təsəlli UEFA-dan gəlib. UEFA və Afrika Futbol Konfederasiyasının əməkdaşlığı çərçivəsində somalili hakim Avropa Superkuboku matçına baş hakim təyin olunub. O, Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasını qazanan “Aston Villa” arasındakı mövsümün açılış oyununu idarə edəcək. Bu təyinat idman ictimaiyyətində hakimin dünya çempionatından kənar qalmasına görə bir növ kompensasiya kimi qiymətləndirilir.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39