Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Şəfa” yay transfer pəncərəsində ilk addımını atıb. Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən 26 yaşlı futbolçu son mövsümü “Kəpəz”in heyətində keçirib. Rauf Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi qarşılaşmada 6 qol və 1 assistlə yadda qalıb. Müdafiəçi olmasına baxmayaraq yüksək məhsuldarlıq nümayiş etdirib.
“Qarabağ” klubunun yetirməsi olan Rauf Hüseynli karyerası ərzində ölkənin digər tanınmış klubları – “Zirə”, “Şamaxı” və “Qəbələ”nin də formasını geyinib.