“Köhlən atlar”ın qanalı vingeri Emmanuel Addai klubla yollarını ayırıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək vida mesajını çatdırıb: “Karyeramın bu səhifəsi artıq sona çatdı. “Qarabağ”da keçirdiyim müddət ərzində mənə göstərilən dəstəyə görə klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Burada qazandığım təcrübə və xatirələr mənim üçün çox dəyərlidir. Bu böyük ailənin bir parçası olmaq mənim üçün qürurverici idi. Klubla bağlı olan hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıram”.