“Qarabağ”dan yeni transfer: Bosniyalı qapıçı Ağdam klubuna keçir

05.06.26 | 14:22
Ölkə futbolu

Xorvatiya “Riyeka”sının kapitanı və Bosniya və Herseqovinya millisinin qapıçısı Martin Zlomisliç karyerasını ölkəmizdə davam etdirməyə yaxındır.

Xorvatiyanın “Germanijak” nəşrinin yaydığı məlumata görə, “Qarabağ” 27 yaşlı qolkiperin transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflər arasında keçidlə bağlı demək olar ki, bütün detallar razılaşdırılıb və hazırda yalnız bəzi texniki məsələlərin həlli qalıb.

Məlumata əsasən, Ağdam təmsilçisi bu transfer üçün “Riyeka”ya təxminən 500 min avro təzminat ödəyəcək. Zlomisliçin Xorvatiya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədərdir.

Növbəti mövsümdə həm daxili arenada, həm də avrokuboklarda iddialı çıxışını davam etdirməyi hədəfləyən “Qarabağ”, heyətin gücləndirilməsi istiqamətində ilk ciddi addımlardan birini atır. 2026-cı il Dünya Çempionatının startı ərəfəsində gerçəkləşməsi gözlənilən bu transferin Ağdam klubunun qapı xəttini daha da etibarlı edəcəyi bildirilir.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24