“Qəbələ” kapitanı Murad Musayevlə yollarını rəsmən ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, tərəflər arasında başa çatan müqavilənin müddəti uzadılmayıb. Qeyd edək ki, Murad Musayev “Qəbələ” futbol akademiyasının yetirməsidir. Doğma klubunun uğurları üçün vuruşan təcrübəli müdafiəçi, ümumilikdə “radarlar”ın heyətində 173 rəsmi matçda meydana çıxıb və bu oyunlarda 4 qolla yadda qalıb.