Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç “Qarabağ”dakı karyerası və gələcək planları ilə bağlı Vijesti.me portalına açıqlama verib.
Klubla müqavilə öhdəliklərini xatırladan 30 yaşlı futbolçu hazırda yalnız qarşıdakı oyunlara kökləndiyini bildirib: “Gələcəyimlə bağlı vəziyyətdə hələlik heç bir dəyişiklik yoxdur. “Qarabağ”la daha bir illik müqaviləm var və hazırda bu klubun üzvüyəm. Transfer bazarında hansısa yeniliklərin baş verməsi mümkündür, lakin bu məsələlər məni narahat etmir. Hazırda bütün diqqətimi Slovakiyaya qarşı keçirəcəyimiz yoldaşlıq görüşünə yönəltmişəm. Qarşıda bizi yorucu mövsümün ardından layiq olduğumuz istirahət gözləyir. Yerdə qalan məsələlərə isə istirahətdən sonra aydınlıq gələcək”.