“Neftçi” yay transfer dövründə heyətini gücləndirmək üçün hərəkətə keçib. Bakı təmsilçisi “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadəni transfer hədəfləri sırasına daxil edib.
Konfrans Liqasının seçmə mərhələsinə hazırlaşan “ağ-qaralar” yarımmüdafiəçinin keçidini bu yay rəsmiləşdirməyi planlaşdırır. Qeyd edək ki, “kimyaçılar”ın kapitanının “Sumqayıt”la hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Bu səbəbdən, “Neftçi”nin futbolçunu heyətinə qata bilməsi üçün “Sumqayıt” klubu ilə rəsmi danışıqlar aparması və transfer şərtlərini razılaşdırması tələb olunur.