«Sabah» heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, ölkə çempionu və ölkə kubokunun qalibi serbiyalı vinger Velko Simiçlə iki illik yeni müqavilə bağlayıb.
Xatırladaq ki, Simiç ötən ilin avqustunda Türkiyə «Sivasspor»undan icarə əsasında «Sabah»ın heyətinə qoşulmuşdu. O, geridə qalan müddətdə paytaxt təmsilçisinin forması ilə meydana çıxdığı 34 rəsmi matçda 12 dəfə rəqib qapısına yol tapıb.