Bakının “Sabah” nigeriyalı hücumçusu Cessi Sekidika ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 29 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti başa çatıb. Tərəflər arasında yeni əməkdaşlıq sazişi imzalanmadığı üçün Sekidika komandanı tərk edib.
“Bayquşlar”ın forması ilə 107 rəsmi matçda meydana çıxan nigeriyalı, bu görüşlərdə rəqib qapılarına 21 dəfə yol tapıb. O, həmçinin komanda yoldaşlarına 18 məhsuldar ötürmə edərək qol epizodlarında aktiv rol oynayıb.