Azərbaycan Premyer Liqasının təmsilçisi “Araz-Naxçıvan” baş məşqçi Andrey Demçenko ilə vidalaşıb.
Klubun rəsmi saytına istinadən xəbər verilir ki, ukraynalı mütəxəssislə imzalanmış müqavilənin müddəti başa çatıb. Tərəflər sözləşməni yeniləməmək barədə qarşılıqlı razılığa gəliblər.
Xatırladaq ki, Andrey Demçenko Naxçıvan təmsilçisinə cari ilin yanvarında rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında keçirilən 17 matçda komanda 6 qələbə qazanıb və 2 dəfə heç-heçə edib.