Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06
Dünya futbolu

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxelin dünya çempionatı üçün açıqladığı heyət futbol ictimaiyyətində bomba effekti yaradıb. Mütəxəssisin seçimindən kənarda qalan ulduz futbolçuların adı və “qısnama” iddiaları gündəmi zəbt edib.

Qərarları ilə bağlı açıqlama verən Tuxel, şəxsi münasibətləri kənara qoyduğunu vurğulayıb: “Çox çətin və məsuliyyətli qərarlar verməli oldum. Bu, mənim üçün ağrılı olsa da, komandaya olan inamım və etibarım hər şeydən üstündür”.

Cümə axşamı rəsmiləşən siyahı İngiltərə futbolu üçün gözlənilməz olub. Koul Palmer, Fil Foden və Harri Maquayr kimi aparıcı ulduzların dünya çempionatı üçün iştirak ərizəsinə salınmaması böyük şok effekti yaradıb.

Xüsusilə Harri Maquayrın kənarda qalması ailəsində sərt reaksiyaya səbəb olub. Oyunçunun anası Zoi Maquayr sosial şəbəkə hesabında bu qərarı “təhqiramiz” adlandıraraq baş məşqçini topa tutub. Bundan əlavə, bəzi oyunçuların heyətdən kənarlaşdırılması ilə bağlı “psixoloji təzyiq” və “qısnama” iddialarının gündəmə gəlməsi vəziyyəti daha da gərginləşdirib.

Bu qərarların fonunda İngiltərə millisi üçün tarixi bir antirekord da qeydə alınıb. DÇ-1986-dan bəri ilk dəfədir ki, İngiltərə millisinin heyətində “Liverpul”un heç bir futbolçusu yer almayıb.

İngiltərə millisinin dünya çempionatı üçün heyəti:         

Qapıçılar; Cordan Pikford (“Everton”), Din Henderson (“Kristal Pelas”), Ceyms Traffford (“Mançester Siti”)

Müdafiəçilər; Ris Ceyms (“Çelsi”), Tino Livramento (“Nyukasl”), Mark Guehi (“Mançester Siti”), Ezri Konsa (“Aston Villa”), Con Stounz (“Mançester Siti”), Carell Kuansa (“Bayer Leverkuzen”), Niko O’Reyli (“Mançester Siti”), Den Börn (“Nyukasl”), Ced Spens (“Tottenhem”)

Yarımmüdafiəçilər; Deklan Rays (“Arsenal”), Elliot Anderson (“Nottingem Forest”), Cud Bellinqem (“Real Madrid”), Cordan Henderson (“Brentford”), Morqan Rocers (“Aston Villa”), Kobbi Maynu (“Mançester Yunayted”)

Hücumçular; Harri Keyn (“Bavariya”), İvan Toni (“Əl-Əhli”), Olli Uotkins (“Aston Villa”), Bukayo Saka (“Arsenal”), Noni Madueke (“Arsenal”), Markus Reşford (“Barselona”), Entoni Qordon (“Nyukasl”), Ebereçi Eze (“Arsenal”)

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16