Oçoa 6-cı mundialına hazırlaşır: “Bədənimdə şramlar, qəlbimdə isə uşaqlıq həyəcan var”

12.05.26 | 23:13
Dünya futbolu

Meksika millisinin simvolik qapıçısı Gilyermo Oçoa dünya çempionatı öncəsi komandanın təlim-məşq toplanışına qoşulub. İyunin 11-də start götürəcək mundial təcrübəli qolkiper üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Oçoa karyerasında 6-cı dəfə dünya çempionatının iştirakçısı olmağa hazırlaşır. Maraqlıdır ki, o, indiyə qədər qatıldığı 5 turnirdən yalnız 3-də meydana çıxıb.

ABŞ və Kanada ilə birlikdə mundiala ev sahibliyi edəcək Meksikada hamı əmindir ki, baş məşqçi Xavyer Agirrenin yekun siyahısında 40 yaşlı Oçoanın yeri toxunulmazdır. Hazırda Kiprin AEL-nin şərəfini qoruyan və milli komandada 152 oyun keçirən veteran qapıçı, hələ də ölkənin ən parlaq futbol ulduzlarından biri hesab olunur.

 Oçoa sosial şəbəkə hesabında toplanışla bağlı duyğularını bölüşərək, milli formanı geyinməyin onun üçün heç vaxt adiləşmədiyini vurğulayıb: “Unudulmaz gecələr, saysız-hesabsız matçlar, hələ də bədənimi titrədən dövlət himnləri və həyatımı həmişəlik dəyişən anlar yaşamışam. Ruhumda saysız xatirə, bədənimdə isə illərin şramlarını daşıyıram. Amma nə vaxt Meksika “gəl” desə, içimdəki o həyəcanlı uşaq yenidən oyanır. Özümü yenə milli komandada oynamaq xəyalı ilə yaşayan uşaq kimi həyəcanlı hiss edirəm”.

Oçoa bu turnirdə yaşıl meydana ayaq basmaqla futbolun “elitar klubuna” daxil olacaq. Lionel Messi və Kriştiano Ronaldu kimi əfsanələrin rekordunu təkrarlamağa hazırlaşan qolkiper, düz 6 dünya çempionatında (2006, 2010, 2014, 2018, 2022) iştirak edən nadir seçilmişlərdən biri kimi tarixə düşəcək.

Onun dünya çempionatları tarixinə həkk olunan möhtəşəm seyvləri hələ də yaddaşlardadır. Xüsusilə, 2014-cü ildə Braziliya ilə matçdakı ‘canlı sədd’ performansı və 2022-ci ildə Robert Levandovskinin penalti zərbəsini dəf etməsi futbol dünyasının unudulmaz anları sırasındadır.

“Asteklər” turnirə qədər üç müxtəlif qitə təmsilçisi – Qana (22 may), Avstraliya (30 may) və Serbiya (4 iyun) ilə güclərini yoxlayacaqlar. Bu marafonun kulminasiya nöqtəsi isə iyunun 11-də əfsanəvi “Atsieka” arenasında Cənubi Afrika ilə keçiriləcək mundialın rəsmi açılış qarşılaşması olacaq.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18