Tarixdə ilk dəfə çempionluq “El Klasiko”da rəsimləşdi

11.05.26 | 08:58
Dünya futbolu

Kataloniya qüruru “Real”ı 2:0 hesabı ilə məğlub edərək İspaniya çempionu tituluna sahib çıxdı. Tarixdə ilk dəfə La Liqa çempionluğu birbaşa “El Klasiko”da rəsimləşdi.

Bu qarşılaşma sadəcə meydandakı rəqabətlə deyil, həm də pərdəarxası gərginliklərlə yadda qaldı. Hələ oyun başlamazdan əvvəl Madrid təmsilçisinin düşərgəsində sözün əsl mənasında “fırtına” qopmuşdu. Orelien Çuameni və Federiko Valverde arasındakı dava fransız futbolçunun xəstəxanaya düşməsi ilə nəticələnmişdi. Üstəlik, Kilian Mbappenin son məşqdə özünü pis hiss etdiyini bildirərək heyətdən kənar qalması “Real”ın hücum potensialını iflic etdi.

Kataloniyada da ehtiraslar coşub-daşırdı. ‘Barselona’ fanatlarının rəqib komandaya hazırladığı ‘isti qarşılama’ gözlənilməz sonluqla bitmişdi. Rəqib avtobusunu daşa basan ‘Barsa’ fanatları, yaranan xaosda səhvən öz komandalarının avtobusuna da ziyan vurmuşdular.

“Kamp Nou”da bayramın startını Markus Reşford verdi. 9-cu dəqiqədə cərimə meydançasının kənarından yerinə yetirilən standart vəziyyət zamanı o, topu gözlənilmədən yaxın küncə göndərdi. Tibo Kurtuanı çarəsiz qoyan bu zərbə, Ronaldinyonun 2002-ci il dünya çempionatında İngiltərəyə vurduğu əfsanəvi qolu xatırlatdı.

Hansi Flikin Robert Levandovskini ehtiyatda saxlayıb Ferran Torresi start heyətinə daxil etməsi riskli görünsə də, öz bəhrəsini verdi. İlk qolda qayda pozuntusuna məruz qalan Ferran, 18-ci dəqiqədə Dani Olmonun möhtəşəm ötürməsindən sonra hesabı 2:0-a çatdırdı. Qalan vaxt ərzində komandaların səyinə baxmayaraq hesab dəyişmədi.

Əzəli rəqib üzərində qazanılan qələbə ilə gələn çempionluq və şəxsi görüşlərdəki statistik üstünlük – bundan daha artığını xəyal etmək mümkündürmü? “Barselona”ya ümumi top fərqində “Real”ı qabaqlamaq üçün cəmi üç qol çatmadı. Lakin bu temp və amansız rəqabət fonunda Kataloniya təmsilçisinin tarixi bərabərliyi tam bərpa etməsi üçün çox gözləməyəcəyimiz bəllidir.

Kataloniya bayram edir – İspaniyanın yeni kralı “Barselona”dır!

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41