Kaxaber Tsxadadze: “Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb”

03.05.26 | 23:35
Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Zirə” ilə matçdan (0:1) sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis məğlubiyyəti şərh edərək, komandasının oyunundakı əsas çatışmazlıqlara toxunub.

Tsxadadze ilk növbədə rəqibi qələbə münasibətilə təbrik edib: “İlk olaraq “Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir bu kollektivlə çalışır və kifayət qədər yaxşı komanda formalaşdırıb”.

Matça ciddi hazırlaşdıqlarını vurğulayan baş məşqçi, realizasiya problemlərindən şikayətlənib: “Oyuna hazırlığımız yüksək səviyyədə idi. Meydanda qol epizodları yaratsaq da, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Təəssüf ki, bu, bizim ən böyük problemimizdir. Üstəlik, yenə çox sadə bir qol buraxdıq. Əslində həmin epizoda qədər rəqibin real qol şansı, demək olar ki, yox idi”.

Tsxadadze sonda stadiona gələn azarkeşlərə də müraciət edib: “Bu gün tribunada çoxlu azarkeş var idi. Onları qələbə ilə sevindirə bilmədiyimiz üçün böyük təəssüf hissi keçirirəm”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46