”Sabah” çempion qismində “Şamaxı”nı məğlub etdi

03.05.26 | 17:11
Ölkə futbolu

Premyer Liqada həm nəticə, həm də idman ruhu baxımından yaddaqalan qarşılaşmalardan biri Şamaxıda baş tutub. Görüşün ən mühüm və emosional anı hələ start fitindən əvvəl qeydə alınıb. Meydan sahibi “Şamaxı” idman ənənələrinə sadiq qalaraq rəqibi üçün “çempionluq dəhlizi” təşkil edib. Bu həm təqdirəlayiq bir hadisə, həm də qonaqlar üçün xüsusi bir jest kimi yaddaşlarda qalıb.

Oyunun turnir cədvəli baxımından heç bir xüsusi çəkisi yox idi. “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsindən sonra çempionluğunu rəsmiləşdirən “Sabah” üçün bu matç bir növ qızıl medalların qeyd edilməsi xarakteri daşıyırdı. Elitada yerini çoxdan təmin edən, lakin avrokubok zonasına iddialı olmayan Ayxan Abbasovun komandası üçün də eyni fikirləri söyləmək olar.

Ümumiyyətlə, mövsüm boyu qeyri-sabit çıxışı ilə diqqət çəkən “şirlər”in “Zirə” (1:1) və “Qarabağ”la (0:0) xal bölüşdüyü halda, “Araz-Naxçıvan” (0:1) və hətta “Kəpəz”ə (0:2) uduzması bu tendensiyanın ən bariz göstəricisidir.

Meydanda isə çempion öz sözünü dedi. Rahat oynayan qonaqlar rəqib qapısından üç cavabsız top keçiriblər. 37-ci dəqiqədə Stiv Solve hesabı açaraq “Sabah”ı fasiləyə üstün yollayıb. İkinci hissənin sonlarına yaxın Coy-Lans Mikkels (78-ci dəqiqə) fərqi ikiyə çatdırıb. Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş ilk dəqiqədə penaltini dəqiq yerinə yetirən Umarali Raxmonaliyev qoyub.

«Şamaxı» – “Sabah” 0:3  (0:1)

Qollar: Solve, 37 (0:1), Mikkels, 78 (0:2), Raxmonaliyev, 90+1-pen. (0:3)

Baş hakim: Kamal Umudlu.

“Şamaxı”: Rikardo Fernandes, Rafael Məhərrəmli (k) (Həbib İsmayılov, 46), Arsen Ağcabəyov, Emil Süleymanov (Bilal İsmayılov, 80), Andrey Tırkovyanu (Edqar Ədilxanov, 46), Rüfət Abbasov, Kərim Rossi (Abdullahi Şuaibu, 67), Vladislav Veremeyev, Dioqo Balau, Sezar, David Santos (Alfons Msanqa, 36).

“Sabah”: Nicat Mehbalıyev, Amin Seydiyev (k), Rəhman Daşdəmirov, Velko Simiç, Stiv Solve, Timoteuş Puxaç (Tellur Mütəllimov, 42), İvan Lepinitsa (Cəfər Muxtarov, 84), Kehim Pərris (Cessi Sekidika, 73), Orfi Mbina (Xəyal Əliyev, 73), Umarali Raxmonaliyev, Aaron Maluda (Coy-Lans Mikkels, 73).

Sarı vərəqələr: Daşdəmirov, 21. Lepinitsa, 51. Muxtarov, 85.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16