Qurban Qurbanov: “Çempionatın siması dəyişir, intriqa artır”

01.05.26 | 01:26
Ölkə futbolu

Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turunda təxirə salınmış “Neftçi” ilə oyundan (1:2) sonra mətbuat konfransında məğlubiyyəti şərh edərək, komandasının mövcud durumu və gələcək planları barədə maraqlı açıqlamalar verib.

Rəqibi qələbə münasibətilə təbrik edən Qurbanov, “Neftçi” nin bu oyuna xüsusi motivasiya ilə çıxdığını vurğulayıb: “Neftçi” bu gün böyük istəklə oynadı, yaxşı müdafiə olundu və mübarizə apardı. Lakin mən öz futbolçularımdan da razı qaldım. Hesabda geri düşməyimizə baxmayaraq, xarakter göstərib sona qədər hücum etdilər. Futbolçularıma demişdim ki, rəqib bu oyuna daha aktiv və hazırlıqlı çıxacaq. 1:5 hesablı məğlubiyyətdən sonra onların bu cür motivasiyalı olacağı gözlənilən idi”.

Baş məşqçi komandadakı yorğunluq faktoruna da toxunub: “Bizə istirahət üçün zaman lazımdır. Çempionlar Liqasında oynamasaq da, qrafikimiz çox sıxdır. Bu mövsüm həm oyunçular, həm də biz məşqçilər üçün böyük təcrübə oldu. Futbolçuların fiziki potensialını daha yaxın tanıdıq. Onlar çox yorulublar, çətin mövsüm keçiriblər”.

Əvvəlki böyükhesablı qələbənin komandada arxayınlıq yaradıb-yaratmaması barədə suala Qurbanov belə cavab verib: “İstəsək də, istəməsək də arxayınlıq olur. Biz bunun qarşısını almağa çalışsaq da, futbolçular da insandır. Onlar “Neftçi”nin gücünə və fərdi keyfiyyətlərinə bələddirlər, lakin psixoloji faktor öz sözünü deyir”.

Matçın gedişində Montielin zədələnməsinə toxunan baş məşqçi, bu zədənin bütün planları pozduğunu bildirib: “Gözlənilməz əvəzləmə oldu. Planlarımız başqa idi. Məsələn, Pedro Bikalyo ardıcıl 9 matç oynamışdı və biz onu qorumaq istəyirdik, lakin məcburi addımlar atmalı olduq”.

“Sabah”ın ilk dəfə çempion olması barədə danışan Qurbanov rəqibi təbrik edərək, Azərbaycan futbolundakı müsbət tendensiyanı qeyd edib: “İstənilən uğur haqqında danışmalıyıq, bu futbolun aksiomasıdır. Son ay yarımda “Sabah” və “Neftçi” ilə ardıcıl gərgin oyunlar keçirdik. Bu, həm azarkeş sayı, həm də oyun tempi baxımından tam fərqli bir Azərbaycan çempionatı idi. Belə rəqabət həm intriqanı artırır, həm də məsuliyyətimizi çoxaldır”.

Qurban Qurbanov yayda gözlənilən dəyişikliklər barədə də məlumat verib. O, komandadan kimisə qovmaq deyil, heyəti gücləndirmək niyyətində olduğunu deyib: “İşimizin 60-70 faizini transferlərə yönəltmişik. 5-6 yeni oyunçu cəlb etmək istəyirik. Bu, kimdənsə narazı olduğumuz üçün deyil, sıx qrafikə hazır olmaq üçün vacibdir.  Hazırda konkret olaraq kimisə göndərmək barədə düşünmürəm. Məsələn, Marko Yankoviç yorğun idi, istirahət verdik və formasını bərpa etdi. Gedənlərin olması transferlərdən asılıdır. Hər bir futbolçunun müqaviləsi var və hər şey qarşılıqlı razılıq əsasında olmalıdır”.

Cəzalı olan Elvin Cəfərquliyev və təcrübəli müdafiəçi Maksim Medvedev haqqında danışan baş məşqçi hələlik ciddi bir yenilik olmadığını bildirib: “Hələ ki, hər şey olduğu kimi qalır. Yeni mövsümün planlarını hələ tam dəqiqləşdirməmişəm. Elvinlə hər hansı görüşüm olmayıb. Maksimə gəlincə, mən onlara oynamamaq barədə tapşırıq verməmişəm. Əgər istəsələr, əvəzedici heyətdə çıxış edə bilərlər”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46