Zidanın çənəsi sınıb

29.04.26 | 20:52
Dünya futbolu

Fransa futbolunun əfsanəsi Zinəddin Zidanın oğlu, Əlcəzair yığmasının qapıçısı Luka Zidan ağır zədə alıb. İspaniya Sequndasında “Qranada”nın şərəfini qoruyan 27 yaşlı qolkiperin çənəsi sınıb. Bu bədbəxt hadisə futbolçunun iyunun 11-də start götürəcək Dünya Çempionatındakı iştirakını böyük sual altına qoyub.

Hadisə İspaniya ikinci liqasının son turunda, “Qranada”nın “Almeriya”ya 2:4 hesabı ilə uduzduğu matçın son dəqiqələrində baş verib. İlkin müayinə zamanı qapıçıya beyin silkələnməsi diaqnozu qoyulsa da, dərinləşdirilmiş tibbi yoxlamalar daha ciddi problemi üzə çıxarıb.

“Aparılan tibbi müayinələr nəticəsində qapıçının çənə və çənəaltı nahiyəsində sınıqlar aşkar edilib,” — deyə “Qranada” klubunun rəsmi bəyanatında bildirilir.

Yerli mətbuatın yazdığına görə, bərpa prosesinin uzun çəkəcəyi gözlənilir ki, bu da Lukanın ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialı qaçırması deməkdir. Xatırladaq ki, J qrupunda yer alan Əlcəzair millisi iyunun 17-də son dünya çempionu Argentina ilə qarşılaşmalı, daha sonra İordaniya və Avstriya ilə gücünü sınamalıdır.

Gənclər səviyyəsində Fransa yığmasının formasını geyinən Luka Zidan, əsas komandada debüt etmədiyi üçün FİFA qaydalarına əsasən vətəndaşlığını dəyişmək hüququndan istifadə edib. Atasının valideynlərinin vətəni olan Əlcəzairi seçən qolkiper, “səhra tülküləri”nin heyətində 2025-ci ilin payızında debüt edib və indiyədək 6 matçda qapını qoruyub.

Karyerasına “Real”ın akademiyasında başlayan Luka, əsas komandada debütünü 2018-ci ildə gerçəkləşdirib. Daha sonra təcrübə toplamaq üçün “Rasinq” və “Rayo Valyekano” kimi klublarda çıxış edən qolkiper, 2022-2024-cü illərdə “Eybar”ın heyətində nümayiş etdirdiyi sabit oyunla diqqətləri üzərinə çəkib. O, 2024-cü ildən etibarən isə “Qranada”nın uğurları üçün tər tökür.

Lukanın atası Zinəddin Zidan dünya futbolunun ən parlaq simalarından biridir. 1998-ci ilin dünya çempionu olan “Zizu”, 2006-cı il finalında Marko Materassi ilə yaşadığı insidentlə yadda qalsa da, həm futbolçu, həm də məşqçi kimi “Real”lə bütün mümkün zirvələri fəth edib. Hazırda idman ictimaiyyəti Zidanın Şimali Amerikadakı DÇ-2026-dan sonra Didye Deşamı əvəzləyərək Fransa millisinin sükanı arxasına keçəcəyini gözləyir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27