Lider autsayderi maneəsiz keçdi

27.04.26 | 22:43
Ölkə futbolu

Premyer Liqanın 29-cu turunun bağlanış matçında lider “Sabah” öz meydanında turnir cədvəlinin son pillələrində qərarlaşan “Karvan-Yevlax”ı sınağa çəkdi. Çempionluq yolunda inamla irəliləyən “bayquşlar” bu oyundan da 3 xalla ayrılaraq zirvədəki mövqelərini daha da möhkəmləndiriblər.

Matçın favoriti hesab olunan Valdas Dambrauskasın yetirmələri oyuna üstünlüklə başlasalar da, ilk hissədə “Karvan-Yevlax”ın müdafiə səddini yarmaqda çətinlik çəkirdilər. Lakin 36-cı dəqiqədə baş verən hadisə oyunun axarını dəyişdi. Qonaqların futbolçusu Qavi Tompson ikinci sarı vərəqəni alaraq meydandan qovuldu və Yevlax təmsilçisini azlıqda qoydu.

İkinci hissəyə say üstünlüyü ilə başlayan “Sabah” təzyiqi artırdı və çox keçmədən bunun bəhrəsini gördü. 49-cu dəqiqədə Orfi Mbina hesabı açaraq “bayquşlar”ı önə keçirdi. Cəmi 6 dəqiqə sonra, 55-ci dəqiqədə Aaron Maluda rəqib qapısına ikinci yolu taparaq matçın taleyini böyük ölçüdə həll etdi.

64-cü dəqiqədə “Sabah”ın aparıcı üzvü Aleksey İsayev birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etdi. Bununla da meydanda say bərabərliyi yaransa da, “Karvan-Yevlax” qalan dəqiqələrdə liderin müdafiəsini yarmaq üçün ciddi təhlükə yarada bilmədi. “Sabah” təcrübəsi sayəsində üstünlüyü sona qədər qoruyaraq qızıl medallara bir addım da yaxınlaşdı.

SABAH – KARVAN-YEVLAX 2:0 (0:0)

Qollar: Orfi Mbina, 49 (1:0). Aaron Maluda, 55 (2:0)

Baş hakim: Kamranbəy Rəhimov.

“Sabah”: Stas Pokatilov (k), Aleksey İsayev, Rəhman Daşdəmirov, Velko Simiç, İqor Noqeyra, Akim Zedadka (Amin Seydiyev, 89), Timoteuş Puxaç, İvan Lepinitsa, Orfi Mbina (Xəyal Əliyev, 73), Umarəli Rəhmonəliyev (Kahim Parris, 56), Aaron Maluda (Cessi Sekidika, 89).

“Karvan-Yevlax”: Pedru Mateuş, Vadim Abdullayev (k), Vüsal Məsimov, Samir Abdullayev (Rauf Rüstəmli, 61), Emin Rüstəmov, Şakil Sno, Kayl Spens (Moyze Nqvisani, 56), Qavi Tompson, Peter Kinqs (Samuel Dyurrant, 56), İmani Barker, Olavale Doeni.

Baş məşqçi: Füzuli Məmmədov.

Sarı vərəqələr: Qavi Tompson, 15. Akim Zedadka. 75.Qırmızı vərəqələr: Qavi Tompson, 36 (ikinci sarı vərəqə), Aleksey İsayev, 64 (birbaşa).

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27