Portuqaliyada qələbə

16.04.26 | 14:29
Digər növlər

Ölkəmizin gənc və perspektivli avtoidmançısı Davin Cəfərov Portuqaliyada keçirilən beynəlxalq “TAG Livre Portuguese Trophy” turnirində ölkəmizi layiqincə təmsil edib.

“Karting International West Region” (KIRO) trekində baş tutan gərgin mübarizədə Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan təcrübəli pilotlar qüvvəsini sınayıb. Əlverişsiz hava şəraiti və trekin sürüşkən olması yarışı çətinləşdirsə də, 16 yaşlı Cəfərov yüksək peşəkarlıq nümayiş etdirib. Heç bir qəzaya yol vermədən rəqiblərini geridə qoyan təmsilçimiz finiş xəttini birinci kəsərək turnirin qalibi olub.

Yarış mühitində özünəməxsus tərzi ilə seçilən Davin yalnız sürəti ilə deyil, həm də vətənpərvərliyi ilə diqqət mərkəzinə düşüb. Onun hər qələbədən sonra nümayiş etdirdiyi məşhur “44” jesti komanda yoldaşları və rəqib pilotlar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq arenada “Qartal” ləqəbi ilə tanınan gənc pilot bu jestin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunduğunu, dözümlülük və milli qürur rəmzi daşıdığını bildirib.

Karyerasında sürətlə irəliləyən Davin Cəfərovun əsas hədəfi avtoidmanın zirvəsi sayılan “Formula-1” sıralarına yüksəlməkdir. Hazırda inkişaf yolunda olan pilotun növbəti dayanacağı “Formula-4” seriyası olmalıdır. Lakin bu keçidin reallaşması üçün maliyyə dəstəyi mühüm rol oynayır. Sponsorluq məsələsi hələ tam həllini tapmadığı üçün istedadlı idmançımızın “Formula-4″dəki debütü sual altında qalmaqdadır.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51