Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57
Dünya futbolu

Dünya futbolunun canlı əfsanəsi, “Qızıl top” sahibi Marko van Basten son vaxtlar yaşıl meydanlardakı uğurları ilə deyil, şəxsi həyatındakı qorxulu anlarla gündəmə gəlib. RTL Boulevard-a verdiyi müsahibədə sabiq ulduz, bir italyan qadın tərəfindən sistemli şəkildə təqib edildiyini və ailəsinin hədəfə alındığını bildirib.

Van Bastenin sözlərinə görə, təqibçi qadın onun və ailəsinin ətrafında əsassız və qəribə şayiələr yaymaqla məşğuldur. Futbolçu hadisənin ciddiyyətini bu sözlərlə ifadə edib: “Bu, ruhi vəziyyəti yerində olmayan bir italyan qadındır. O, həyat yoldaşımın mənə xəyanət etdiyini və guya daxilinə şeytan girdiyini iddia edir. Hətta uşaqlarımın mənə mənfi təsir göstərdiyini deyir. Qadın göylərlə təmasda olduğuna və məni “şeytani qüvvələrdən” xilas etməli olduğuna inanır”.

Təqib bununla da bitmir. Van Basten qeyd edib ki, evinin ətrafına mütəmadi olaraq müxtəlif fotolar atılır. Bu fotolarda həyat yoldaşının başqa kişilərlə görüntüləndiyi iddia olunsa da, diqqətlə baxdıqda fotodakı şəxsin tamamilə başqa biri olduğu aydın görünür. Bu cür primitiv, lakin bezdirici manipulyasiya üsulları ailənin hüzurunu ciddi şəkildə pozub.

Vəziyyətin dözülməz həddə çatdığını görən van Basten ailəsi rəsmi şəkildə polisə müraciət edib. Əfsanəvi forvardın fikrincə, bu şəxs cəzadan daha çox, təcili tibbi yardıma və peşəkar həkim müdaxiləsinə ehtiyac duyur.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Azarkeşlər isə illərlə rəqib müdafiəçilərə qan udduran ulduzun bu “görünməz rəqibə” qarşı mübarizədə tezliklə qalib gələcəyinə ümid edirlər.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51