“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29
Ölkə futbolu

Premyer Liqanın 26-cı turu “Araz-Naxçıvan”ın hücumçusu Felip Santos üçün əlamətdar olub. “Sabah”la səfər matçında (2:4) rəqib qapısına yol tapan braziliyalı forvard Azərbaycan çempionatlarında özünün yubiley qoluna imza atıb.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, bu qol Santosun Premyer Liqa karyerasında vurduğu 25-ci top olub. 27 yaşlı futbolçu bu göstəriciyə elitadakı 109-cu oyununda nail olub. Qeyd edək ki, “Araz-Naxçıvan”ın heyətində parlayan hücumçu daha əvvəl ölkəmizdə iki fərqli klubun da formasını geyinib:

“Şamaxı” 21 oyun 6 qol

“Qəbələ” 35 oyun 3 qol

“Araz-Naxçıvan” 53 oyun 16 qol

Bu uğuru ilə Felip Santos Azərbaycan çempionatları tarixində 25 qol səddini keçməyi bacaran 131-ci futbolçu kimi tarixə düşüb. O, vurduğu qolların sayı ilə Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramov kimi tanınmış simaların siyahısına qoşulub.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46