Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45
Ölkə futbolu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev, Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki qarşılaşmanı dəyərləndirib. AFFA-nın mətbuat xidmətinə açıqlama verən mütəxəssis, komandanın oyun planından razı qalsa da, nəticəyə təsir edən çatışmazlıqları diqqətə çatdırıb.

Baş məşqçi Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə başa çatan matçlarda millinin oyun üstünlüyünə sahib olduğunu vurğulayıb: “İlk görüşdə rəqibdən daha yaxşı təsir bağışladıq. Bolqarların ən təhlükəli tərəfi standart vəziyyətlər idi və qolu da məhz belə vəziyyətdən buraxdıq. Hesabı bərabərləşdirsək də, çoxsaylı imkanlardan yararlana bilmədiyimiz üçün qələbəni əldən verdik. İkinci oyunda matça tam diktə edən tərəf biz olduq, topa daha çox sahib olduq. Təəssüf ki, hakimin iki epizodda 100 faizlik penaltimizi verməməsi nəticəyə birbaşa təsir etdi”.

Nəbiyev komandanın hücum xəttindəki effektivlik problemini gizlətməyib. O, qol epizodlarının dəyərləndirilməməsini hazırlıq müddətinin azlığı ilə əlaqələndirib: “Əsas problemimiz son ötürmələr və son zərbələrdədir. Futbolçular bu çatışmazlıqları aradan qaldırmaq üçün fərdi olaraq çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıq keçirik, bu qısa müddətdə həmin elementlər üzərində dərindən işləməyə vaxtımız qalmır”.

Qrupun son turunda martın 30-da keçiriləcək Malta ilə görüşə toxunan baş məşqçi, komandada yorğunluq olsa da, motivasiyanın yüksək olduğunu bildirib: “Kollektivdə güclü qələbə əzmi var. Futbolçular hər oyuna üç xal üçün çıxırlar. İnanıram ki, Malta ilə matçda hədəfimizə çatacağıq. Müəyyən yorğunluğa baxmayaraq, yaxşı oyun nümayiş etdirib istədiyimiz nəticəni qazanmalıyıq”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46