“Sabah” Çempionlar Liqasında dünyanı dolaşacaq: 4 səfərə 34 min kilometr!

13.10.26 | 22:07
Ölkə futbolu

Xorvatiyanın “İndex” nəşri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki sıx təqvim və uzun səfərlər barədə fikirlərini dərc edib.

49 yaşlı litvalı mütəxəssis “Arab News”a müsahibəsində Bakı klubunun qitənin ən güclü komandalarına qarşı mübarizə aparmaqla yanaşı, ciddi məsafələr qət etməli olacağını bildirib. Onun sözlərinə görə, “Sabah” cəmi dörd səfər oyununda ümumilikdə təxminən 34 min kilometr yol gedəcək.

2017-ci ildə yaradılan “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Azərbaycan çempionunun rəqibləri “Mançester Yunayted”, “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Vikinq”, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”dır. Bakı təmsilçisi turnirə “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətlə başlayıb.

Dambrauskas püşkün komandası üçün əlverişli olmadığını desə də, belə rəqiblərlə qarşılaşmağın klubun inkişafına töhfə verəcəyini vurğulayıb: “Püşkdə bəxtimiz gətirmədi, dünyanın ən güclü komandaları ilə qarşılaşacağıq. Bununla belə, bu oyunlar klub üçün çox faydalı ola və dəyərli təcrübə qazandıra bilər. Söhbət təkcə nəticələrdən getmir. Bu təcrübə klubun təşkilatlanmasına, yarışda iştirakına, eləcə də həm klubun, həm də Azərbaycanın tanıdılmasına kömək edəcək”.

Litvalı çalışdırıcı səfərlərin miqyasına da diqqət çəkib: “Bildiyimə görə, bu mövsüm Avropada ən çox səfər edən komandayıq. Hesablamalara əsasən, səfər oyunlarına getmək üçün 17 min kilometr yol qət etməliyik. Geri qayıtmaqla bu məsafə 34 min kilometrə çatır. Yer kürəsinin çevrəsinin təxminən 40 min kilometr olduğunu nəzərə alsaq, dörd səfərdə, demək olar ki, bütün dünyanı gəzəcəyik”.

Sıx oyun qrafiki və uzun səfərlər “Sabah”ın hazırlıq prosesinə də təsir göstərəcək. Dambrauskasın sözlərinə görə, məşqçilər korpusu futbolçuların bərpasına daha çox diqqət ayırmalı, məşqlərin sayını isə vəziyyətə uyğun tənzimləməlidir.

“Mənim və məşqçilər korpusum üçün əsas məsələ komandanı oyunlara necə hazırlamaq və futbolçuların bərpasını necə təşkil etməkdir. Qarşıdakı aylarda meydanda məşq etmək üçün çox az vaxtımız olacaq. Buna görə də adi məşqlərlə müqayisədə videoanalizlərə və futbolçularla fərdi söhbətlərə daha çox üstünlük verə bilərik”, – deyə o bildirib.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31