Atıcılıq üzrə millimizin komandasının lideri Ruslan Lunyov Estoniyanın Mənniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda zəfər yürüşünü davam etdirir.
Təcrübəli idmançımız bu dəfə 25 metr məsafədən standart tapançadan atəşaçma yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Lunyovun turnirdəki ilk uğuru deyil. Temsilçimiz daha əvvəl 25 metr məsafəyə mərkəzə atəşaçma yarışının təsnifat mərhələsində 583 xal toplayaraq turnirin birinci qızıl medalına da sahib çıxmışdı.