Aydın Süleymanlı Bil şahmat festivalında mübarizə aparacaq
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı İsveçrənin Bil şəhərində keçiriləcək ənənəvi şahmat festivalında iştirak edəcək. 21 yaşlı şahmatçı turnirin Masters qrupunda mübarizə aparacaq. Bu qrupda onun rəqibləri ABŞ təmsilçisi Levon Aronyan, Türkiyədən Yağız Ərdoğmuş, Vyetnamlı Le Kuanq Lyem, Almaniyadan Mattias Blübaum və Meksikanı təmsil edən Xose Eduardo Martines Alkantara olacaq.
Bu gün start götürən yarışda iştirakçılar Fişer şahmatı (Chess960), rapid, blits və klassik şahmat növlərində qüvvələrini sınayacaqlar.
Bil şahmat festivalına iyulun 24-də yekun vurulacaq.