10 matçlıq qara zolaq 2030-a qaldı

30.06.26 | 15:51
Dünya futbolu

“Alman maşını”nın mundiallardakı müdafiə problemi artıq tarixi bir antirekorda çevrilib. Bundestim qatıldığı son qlobal forumlarda ardıcıl 10 matçdır ki, qapısını qola bağlaya bilmir.

Bu uğursuz seriya DÇ-2026-nın 1/16 finalında Paraqvaya qarşı keçirilən və almanların turnirlə vidalaşdığı matçda qırılmadı. Maraqlıdır ki, Almaniya millisi dünya çempionatlarında sonuncu dəfə uzaq 2014-cü ildə – Argentinanı 1:0 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında qol görməyib. Beləliklə, ardıcıl 10 oyunda qol buraxan komanda Almaniya futbol tarixinin ən pis seriyasına imza atıb. Bu qara zolağa son qoymaq üçün almanlar ən azı 2030-cu il dünya çempionatını gözləməli olacaqlar.

Sözügedən 10 matçın hamısında Bundestimin qapısını Manuel Noyer qoruyub. Bununla da təcrübəli qolkiper dünya çempionatları tarixində ardıcıl qol buraxma xronologiyasına görə mutləq antirekordu təkrarlayıb. Noyer bu göstəricidə 1950-1962-ci illər arasında ardıcıl 10 DÇ oyununda qapısında qol görən əfsanəvi meksikalı qapıçı Antonio Karbaxala çatıb.

Almaniya millisinin qol buraxdığı son 10 DÇ matçı

İl          Rəqib                  Hesab

2026   Paraqvay           1:1 (pen. 3:4)

2026   Ekvador             1:2

2026   Kot-d’İvuar       2:1

2026   Kürasao             7:1

2022   Kosta-Rika        4:2

2022   İspaniya             1:1

2022   Yaponiya           1:2

2018   Cənubi Koreya 0:2

2018   İsveç                   2:1

2018   Meksika             0:1

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31