Yeni mövsümə Türkiyədə davam etdirən «Zirə» qardaş ölkədəki toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Rəşad Sadıqovun yetirmələri yerli «Iğdır» klubu ilə qarşılaşıb.
Görüşə fəal başlayan «qartallar» ilk hissədə rəqibi tamamilə üstələyərək fasiləyə böyükhesablı üstünlüklə yollansalar da, ikinci yarıda heyətdə və taktikada aparılan eksperimentlər nəticəsində bu üstünlüyü qoruya bilməyiblər.
Iğdır – Zirə 4:3 (0:3)
Yeqor Boqomolski (26), Rüstəm Əlicanov (37), Yeqor Boqomolski (43)
Xatırladaq ki, paytaxt təmsilçisi bundan əvvəlki yoxlama oyununda Özbəkistan «Nofbahor»una 1:3 hesabı ilə uduzmuşdu.
«Zirə»nin Türkiyədəki təlim-məşq toplanışı iyulun 2-nə qədər davam edəcək. Hazırda məşqçilər heyətinin əsas diqqəti müdafiədəki boşluqları aradan qaldırmağa yönəlib, çünki komanda hücumda effektiv olsa da, qapısında çox qol görür.