UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunlarına start verilir. Azərbaycan təmsilçisi “Zirə” turnirdəki ilk sınağına çıxır.
Rəşad Sadıqovun yetirmələri doğma meydanda Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu qəbul edəcək. Sumqayıtdakı “SOKAR Polymer Arena”da keçiriləcək qarşılaşmanı finlandiyalı baş hakim Yoni Hyuyutiya idarə edəcək. Görüş saat 20:00-da başlayacaq.