“Zirə” avrokuboklarla vidalaşdı: “Payde” ilə bərabərlik mərhələ üçün yeterli olmadı

30.07.26 | 22:30
Ölkə futbolu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” doğma meydanda Estoniyanın “Payde” klubunu qəbul edib. İlk görüşdə 0:1 hesabı ilə uduzan “qartallar” erkən dəqiqələrdən etibarən təşəbbüsü ələ alaraq rəqib qapısı önündə çoxsaylı qol imkanları yaratsalar da, həlledici məqamlarda dəqiq ola bilməyiblər. Yaratdığı fürsətləri boşa verən Bakı təmsilçisi sonda Konfrans Liqası ilə vidalaşıb.

“Zirə” qarşılaşmaya çox fəal başladı və təzyiqin bəhrəsini artıq 5-ci dəqiqədə gördü. Ayxan Hüseynovun cərimə meydançasına ideal ötürməsindən sonra Eren Aydın başla zərbə endirdi. Qapıçı Ebrima Carcunun qaytardığı topa birinci çatan Eren təkrar zərbə ilə hesabı açdı.

Hesabda irəli keçən təmsilçimiz birinci hissə boyunca oyuna tam nəzarət etdi. Lakin Brahim Konate, Davit Volkov və Eren Aydın əlinə düşən əlverişli imkanları dəyərləndirə bilmədilər. 25-ci dəqiqədə Eren Aydının uzaqdan endirdiyi möhtəşəm zərbənin qapı dirəyindən qayıtması isə ilk hissənin ən təhlükəli epizodu kimi yadda qaldı.

İkinci hissədə də hücumlarını davam etdirən “Zirə” rəqib müdafiəsini yarmaqda çətinlik çəkməyə başladı. Qonaqların 62-ci dəqiqədə etdiyi cüt əvəzetmə matçın taleyini dəyişdi. Meydana yeni daxil olan Henrik Oyamaa 71-ci dəqiqədə üç müdafiəçini geridə qoyaraq cərimə meydançasına ötürmə etdi, digər ehtiyat oyunçu Henri Anier daban zərbəsi ilə hesaba tarazlıq gətirdi.

Buraxılan qoldan sonra “Zirə” bütün heyətlə irəli atıldı. Matçın 90-cı dəqiqəsində dramatik an yaşandı: Ruan Renatonun başla zərbəsindən sonra top estoniyalı müdafiəçi Nikita Baranovun əlinə dəyərək qapı dirəyinə çırpıldı. Lakin ilkin mərhələlərdə VAR sisteminin olmaması və hakimin epizodu gözündən qaçırması səbəbindən penalti təyin edilmədi.

İki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə üstün olan “Payde” III təsnifat mərhələsinə yüksələrək Avstriyanın “Rapid” (Vyana) klubuna rəqib oldu. İki matç boyunca sayısız qol imkanlarını boşa verən “Zirə” isə avrokubok mövsümünü vaxtından əvvəl başa vurdu.

UEFA Konfrans Liqası. II təsnifat mərhələsi, cavab oyunu

“Zirə” (Azərbaycan) – “Payde” (Estoniya) 1:1 (ilk oyun – 0:1)

Qollar: Eren Aydın (5) — Henri Anier (71)

“Zirə”: Aydın Bayramov, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev (k), İssa Cibrilla, Brahim Konate, Guima (Bayer Lué, 72), Vieyrinya (İsmayıl İbrahimli, 80), Ayxan Hüseynov (Qiorqi Papunaşvili, 72), Eren Aydın (Junior Martins, 80), Davit Volkov

“Payde”: Ebrima Carcu, Nikita Baranov, Viktor Uqo, Edqar Tur, Mikael Lilander, Oskar Hıım (k), Modu Sohna, Martin Miller (Daniel Kabral, 72), Daniel Luts (Henrik Oyamaa, 62), Siim Luts (Pa Abdu Çam, 75), Əbdürrəhman Badamosi (Henri Anier, 62)

Məkan: Sumqayıt, “SOKAR Polimer Arena”

Baş hakim: Patrik Kolariç (Xorvatiya)

Sarı vərəqələr: D.Luts, 57. J.Martins, 83

Paylaş:

Xəbər Lenti

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57