Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün üçüncü yoxlama matçına çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Fatih Karagümrük” klubu ilə qüvvəsini sınayacaq və oyun saat 18:00-da başlayacaq.
Xatırladaq ki, bakılılar toplanış çərçivəsində bundan əvvəl keçirdiyi matçlarda Özbəkistanın “Nəvbahor” (1:3) və Türkiyənin “İğdır” (3:4) klublarına məğlub olub.