Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoldaşlıq oyununa çıxır.
UEFA Konfrans Liqasına hazırlaşan paytaxt təmsilçisinin bu dəfəki rəqibi yerli “Iğdır” klubu olacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qardaş ölkədəki ilk sınağında Özbəkistanın “Navbahor” komandası ilə qarşılaşan qəsəbə təmsilçisi meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılmışdı.