Albaniya Superliqasının final qrupunun üçüncü, həlledici turunda “Eqnatiya” öz meydanında “Dinamo Siti”ni qəbul edib.
Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Əsas heyətdə meydana çıxan və qarşılaşmanı sona qədər keçirən həmyerlimiz 32-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu qələbə “Eqnatiya”ya mövsümü çempion kimi başa vurmaq imkanı verib. Qeyd edək ki, Zamiq Əliyev “Eqnatiya”nın heyətində ardıcıl ikinci dəfə ölkə çempionu tituluna yiyələnib.