Yuri Vernidub: “Qələbə qazansaq da, azarkeşlərdən üzr istəyirəm”

01.05.26 | 01:40
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turunun təxirə salınmış matçında “Qarabağ” üzərində qazanılan dramatik qələbəni (2:1) şərh edib.

Təcrübəli mütəxəssis ilk növbədə “ağ-qaralar”ın azarkeşlərinə müraciət edərək, bu qələbənin turnir cədvəli və komandanın mənəvi durumu baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Lakin ukraynalı çalışdırıcı qələbəyə rəğmən, rəqibə əvvəlki ağır məğlubiyyəti (1:5) unutmadıqlarını qeyd edib: “Bütün “Neftçi” azarkeşlərini təbrik edirəm. Bizim üçün həyati əhəmiyyətli bir qələbə idi. Eyni zamanda, bir müddət əvvəl aldığımız 1:5 hesablı məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” hər zaman stabil səviyyə nümayiş etdirməli, meydanın hər qarışında pressinq tətbiq etməli olan komandadır. O ağır məğlubiyyətdən düzgün nəticələr çıxardıq və bu gün meydanda fərqli komanda var idi”.

Qələbəyə baxmayaraq, Yuri Vernidub matçın gərginliyinin onun üzərində ciddi iz buraxdığını gizlətməyib. Mətbuat konfransında emosional duruma diqqət çəkən baş məşqçi, media nümayəndələrindən anlayış xahiş edərək sualları cavablandırmaqdan imtina edib: “Bu gün kifayət qədər yaxşı oyun izlədik. Lakin sizdən bir xahişim var: bu gün mənə sual verməyin. Hazırda keçirdiyim hisslər çox fərqlidir. Bu qarşılaşma məni emosional baxımdan o qədər yordu, o qədər sıxdı ki, hazırda danışmağa taqətim yoxdur. Bu, heç bir halda hörmətsizlik deyil – mən hər birinizə böyük rəğbət bəsləyirəm. Sadəcə, bu dəfəlik məni anlayacağınızı ümid edirəm. Qarşıda bizi daha 4 oyun gözləyir, həmin vaxt bütün suallarınızı istədiyiniz qədər cavablandırmağa hazır olacağam”.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15