“Neftçi” ilə yeni 2 illik müqaviləyə imzalayan baş məşqçi Yuri Vernidub klubun rəsmi saytına açıqlama verib. Rəhbərliyə və azarkeşlərə təşəkkür edən ukraynalı mütəxəssis komandanın iddialarını yenidən bərpa edəcəyinə söz verib: “Mənə göstərilən etimada görə Müşahidə Şurasına və klub rəhbərliyinə təşəkkür edirəm. Bu dəstəyi gəldiyim ilk gündən hiss edirəm. İndi daha çox çalışmalı, “Neftçi”ni həm daxili arenada, həm də Avrokubraklarda layiq olduğu zirvəyə qaytarmaq üçün əlimizdən gələni etməliyik. Mövsümün sonuna qədər bizi tək qoymayan azarkeşlərimizə də minnətdaram. Yeni mövsümdə tribunaları tam dolu görmək istəyirəm. Onların inamı hər bir futbolçunu irəli aparan əsas qüvvədir”.