Yuri Vernidub: “Böyük pullara görə də “Neftçi”dən ayrılmaram”

17.08.26 | 01:40
Ölkə futbolu

Premyer Liqanın I turunda səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Səfər qələbəsini dəyərləndirən ukraynalı mütəxəssis komandasının çıxışından ümumilikdə razı qaldığını bildirib: “Səfərdə oynayırdıq. Ötən mövsüm ‘Sumqayıt’ heç də zəif komanda deyildi. Yayda isə heyətlərində ciddi dəyişikliklər baş verib, çoxlu gedən və gələnlər var. Onların hansı taktika ilə çıxış edəcəklərini tam bilmirdik. ‘Şamaxı’ ilə yoxlama matçında dörd müdafiəçi ilə oynamışdılar, bu gün isə meydana beş müdafiəçi ilə çıxdılar. Bunu matçdan əvvəl öyrəndik. Amma ən vacib məqam odur ki, futbolçularımız meydanda nə üçün mübarizə apardıqlarını dərk etməlidirlər.

Oyunumuz alındı. Hesabdakı fərqi daha da artıra bilərdik, sadəcə ələ düşən bütün imkanlardan istifadə edə bilmədik. Buraxdığımız qola gəlincə, belə bir epizodda qol görməməli idik. Ümumilikdə oyundan, futbolçuların əzmindən və nəticədən razıyam. Əsas odur ki, mövsümə qələbə ilə başladıq. Lakin hələ üzərində işləməli olduğumuz çox detal var”.

Ukraynalı vinger Aleksiy Qutsulyakın “Neftçi”yə transferi ilə bağlı yayılan xəbərə münasibət bildirən Vernidub belə bir keçiddən xəbərsiz olduğunu deyib: “Bu məlumatı haradan almısınız? Deyirlər ki, guya maraqlandığımız başqa futbolçular da var, amma mən həmin oyunçuların kimliyini belə bilmirəm. Bu, daha çox menecerlərin futbolçularının qiymətini qaldırmaq üçün atdıqları gedişlərdir. Məndə bu barədə informasiya yoxdur. Qutsulyaka gəlincə, o, əla futbolçudur. Ukrayna millisinin formasını geyinib, yüksək sürətə malik keyfiyyətli vingerdir. Əgər ‘Neftçi’də oynamaq istəyi olsa, mən belə transferdən imtina etməzdim”. Moldova mətbuatında “Şerif” rəhbərliyinin onunla əlaqə saxlaması barədə yayılan iddiaları təkzib edən təcrübəli mütəxəssis “Neftçi”dəki gələcəyindən danışıb: “Bu haqda ilk dəfə sizdən eşidirəm. ‘Neftçi’ ilə qüvvədə olan müqaviləm var və buradakı şəraitdən tam razıyam. Mən tez-tez klub dəyişən məşqçilərdən deyiləm, işimi müqaviləmə uyğun olaraq davam etdirirəm. Hətta kimsə mənə daha böyük pul təklif etsə belə, buradan ayrılmaram. Mənim üçün əsas olan işim və müqaviləmdir. Məvacibim də beni qane edir. Ailəmi təmin edə biləcək qədər qazanıram və hazırda hər şey qaydasındadır”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09