Almaniya millisinin yeni baş məşqçisi təqdim mərasimində diqqətçəkən bəyanatla çıxış edib.
Uğursuz keçən mundialdan sonra istefa verən Yulian Nagelsmannın yerinə gətirilən “Liverpul”un sabiq çalışdırıcısı Bundestimlə 2030-cu ilə qədər müqavilə bağlayıb. 59 yaşlı mütəxəssis ilk mətbuat konfransında azarkeşlərin qeyri-etik davranacağı təqdirdə postunu dərhal tərk edəcəyini bildirib: “Mən bu işə özüm üçün yox, sizin üçün gəlmişəm. Yulian Nagelsmann və Tomas Tuxellə necə rəftar etdiyinizi gördüyüm halda bu addımı atdım. Məni istəmədiyiniz gün heç bir təzminat tələb etmədən gedəcəyəm. İşlər alınmayanda məni tənqid edə bilərsiniz, buna açığam. Amma ailəmi rahat buraxmasanız və yersiz davransanız, dərhal istefa verəcəyəm”.
Kloppun Almaniya yığmasının sükanı arxasında ilk sınağı payızda Millətlər Liqası çərçivəsində olacaq. Bundestim qrup mərhələsində Niderland, Yunanıstan və Serbiya ilə mübarizə aparacaq.