Yankauskasdan Azərbaycan millisi ilə bağlı maraqlı açıqlamalar: “Altı sıfırlı bonus vəd etmişdilər”

28.09.26 | 01:54
Ölkə futbolu

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D Liqasında Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra maraqlı açıqlamalar verib.

Yankauskas oyunu ümumilikdə iki bərabər səviyyəli komandanın mübarizəsi kimi qiymətləndirib: “Ən çox məyus olduğum məqam o idi ki, səviyyələri bir-birinə çox yaxın olan iki komanda qarşılaşırdı. Oyunun müəyyən hissəsində bir komandanın üstünlüyü və daha çox imkanı olurdu, digər hissədə isə təşəbbüs rəqibə keçirdi. Düşünürəm ki, nəticə oyunun gedişinə uyğun idi. Ən vacibi azarkeşlərlə birlikdə yaxşı atmosfer yarada bilməyimizdir”.

Litva çalışdırıcısı komandasının oyunundan tam razı qalmadığını da gizlətməyib. Onun sözlərinə görə, qarşılaşmada yol verilən bəzi səhvlərdən qaçmaq mümkün idi. “Daha artığına iddialı idik. Oyunumuzun keyfiyyətindən tam razı deyilik, çünki potensialımız daha yüksəkdir. Bəsit səhvlərə çox yol verdik, lakin hər şeyin öz izahı var. Bu gün komandamızın orta yaşı son illərin ən aşağı həddində – təxminən 24 yaş idi. Əgər qapıçı Dyuqas Bartkusun yaşını kənara qoysaq, bu rəqəm daha da aşağı olardı”.

Yankauskas xüsusilə gənc futbolçu Adrian Liçkunasın çıxışını müsbət qiymətləndirib: “Bu, ən gözəl oyunlarımızdan biri deyildi. Müəyyən məqamlarda əziyyət çəkməli olduq və bunu bacardıq. Çətinlik yarananda belə öz oyunumuzdan əl çəkmirik, oyunu yenidən nəzarətə almağın yollarını tapırıq. Adrian Liçkunas yaxşı debüt etdi. Komanda rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bildi”.

Litva baş məşqçisinin Azərbaycan millisinin vurduğu qolla bağlı fikirləri isə diqqət çəkib. Yankauskas Emrelinin zərbəsinin müdafiəçilərin ayaqları arasından keçərək qapıya daxil olmasını bəxtsizlik kimi qiymətləndirib: “Bəlkə də bu, çox sadə qol deyildi, amma əlbəttə, məyus olduq. Top üç futbolçunun ayaqları arasından keçdi. Biz zarafat edirdik ki, belə qolları yalnız bizim qapımıza vururlar. Biz də elə qəribə qol vurmuşduq ki, sanki heç nə baş verməmişdi, amma top ayaqların arasından keçərək qapıya düşdü”.

Yankauskas komandasının ikinci qola yaxın olduğunu da qeyd edib. Onun sözlərinə görə, Adrian Liçkunasın ötürməsindən sonra Yustas Lasiçkas yaxşı fürsət əldə edib, lakin bundan yararlana bilməyib.

Litva millisinin baş məşqçisi Azərbaycan yığmasının səfərdə 1 xal qazanmaqdan razı qaldığını düşündüyünü bildirib. Ardınca isə azərbaycanlı futbolçulara böyük bonus vəd edilməsi ilə bağlı eşitdiyi məlumatı zarafatla dilə gətirib: “Məncə, belə nəticə səfərdə onlar üçün qənaətbəxş idi. Baş məşqçi ilə söhbət zamanı onun söylədiyi bəzi komplimentlər məni çox təsirləndirdi. Düşünürəm ki, onlar bu oyuna çox ciddi yanaşmışdılar. Futbolçular deyirdilər ki, onlara böyük bonuslar vəd edilib – altı sıfırlı məbləğdən söhbət gedirdi. Bəlkə də bu, əlavə motivasiya olub”.

Litva çalışdırıcısı Azərbaycan millisinin FİFA reytinqində Litvadan yuxarıda olduğunu da xatırladıb. Onun fikrincə, Kaunasdakı oyun komandaların real güc fərqini müəyyənləşdirməyib və hər şey Bakıda keçiriləcək cavab qarşılaşmasında həll oluna bilər: “Bilmirəm, kim bizim favori olduğumuzu necə müəyyənləşdirib. FİFA reytinqində Azərbaycan bizdən yuxarıdadır. Bu oyun göstərdi ki, eyni səviyyəyə yaxın iki komanda qarşılaşırdı və belə görüşlərdə yekun nəticəni xırda detallar müəyyənləşdirir. Düşünürəm ki, sual hələ açıq qalır və hər şey səfərdəki oyunda həll olunacaq”.

Yankauskas komandadakı fiziki yorğunluqdan da danışıb. O bildirib ki, bəzi futbolçular bir həftə ərzində üçüncü oyunlarını keçiriblər və qarşıdakı matçlarda rotasiyaya ehtiyac var: “Yorğunluq normaldır. Bəzi futbolçular bir həftə ərzində üçüncü oyunlarını keçirdilər. Yükü bir qədər azaltmağa, çox oynayanlara istirahət verməyə çalışacağıq. Bunun üçün kifayət qədər geniş heyətimiz var. Hələ tam uyğunlaşmağa vaxtımız olmayıb, amma komandada atmosfer yaxşıdır”.

Litva millisinin baş məşqçisi Azərbaycanla qarşılaşmada cəmi bir xal qazanmalarına baxmayaraq, komandası üçün müsbət məqamların olduğunu bildirib. O, qarşıdakı oyunlarda daha yaxşı çıxış etməli olduqlarını vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09